Gəncədə Zəfər Günü qeyd olundu/
Respublikanın hər yerində olduğu kimi Gəncədə də 8 Noyabr – Zəfər Günü böyük təntənə ilə qeyd olundu. Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, millət vəkilləri Naqif Həmzəyev,Pərvin Kərimzadə,Müşfiq Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər. 8 Noyabr – Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edildi. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, tədbir iştirakçılarını Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik etdi. Daha sonra şəhər rəhbərliyi və şəhid ailələrinin iştirakı ilə Gəncənin “İstiqlal” parkında inşa edilən “Memorial Abidə Kompleksi”nin açılışı baş tutdu.. “Memorial Abidə Kompleksi” ilə tanışlıqdan sonra şəhid ailələrinin üzvlərinə söz verildi. Onlar, dövlət tərəfindən şəhid və qazi ailələrinə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər. Gəncənin “İstiqlal” parkında təşkil olunan bayram tədbirindən sonra şəhər rəhbərliyi və qonaqlar Heydər Əliyev Park-Kompleksinə gəldilər. Burada 8 Noyabr – Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası baş tutdu. Ağacəkmə aksiyası zamanı rəsmilər, şəhər ictimaiyyətinin nümayəndələri və gənclərin iştirakı ilə ümumilikdə 2500 eldar şamı və digər həmişəyaşıl ağaclar əkildi.
Suggested videos

Zəfər Günü Gəncədə böyük təntənə ilə qeyd edilib
İCTİMAİ TV · 1:59

Ganja White Night - Wobble Chef | Music Video | Animation
Ganja White Night · 3:34

The World’s Most Expensive Weed Grinder Cost $4k | MOST EXPENSIVEST
VICE TV · 3:38

Gəncə Zəfər Gününü qeyd edir.
Ganja Tv · 1:53

Everyone Needs a Ganja Grandma | BONG APPÉTIT
VICE TV · 3:26

Gəncə və Ağstafada tarixi Zəfər Günü - Baku TV
Baku TV · 3:32

HASTA EL FINAL - GANJA - TV ANIMAL NOCTURNO 2011
GANJA OFICIAL · 5:45

GƏNCƏDƏ VƏ NAFTALANDA 8 NOYABR - ZƏFƏR GÜNÜ QEYD OLUNUB
APA TV · 5:52

Ganja White Night x Boogie T - X Roads
Ganja White Night · 5:09

Zəfər Gunu Gəncədə İzdihamla Qeyd Edilir!#ganja #zəfərgünü
Prime West Media · 4:08

Westmoreland MP Calls for Ganja Amnesty | TVJ News
Television Jamaica · 3:55

Gəncədə 8 Noyabr Zəfər Günü qeyd olunub
Gəncə Şeher Gənclər və İdman Baş İdarəsi · 3:35